Mourinyonun yeni ünvanı açıqlandı – Tanınmış məşqçidən iddia
Türkiyəli məşqçi və futbol şərhçisi Sergen Yalçın Joze Mourinyo ilə bağlı diqqətçəkən açıqlamalar verib.
BEY.AZ xəbər verir ki, o bildirib ki, çempionatda “Fənərbaxça” 8 xal irəlidə olan “Qalatasaray”a çata bilməz. Sergen Yalçının sözlərinə görə, “Fənərbaxça” uğursuz oyun nümayiş etdirdiyi üçün bu fərqi aradan qaldıra bilməz. Joze Mourinyonu tənqid edən Sergen Yalçın, “Fənərbaxça” rəhbərliyinin onun üçün istədiyi kimi heyət qurduğunu bildirib. Mourinyonun karyerasının davamlı olaraq enişdə olduğunu vurğulayan Sergen Yalçın portuqaliyalı məşqçinin növbəti ünvanı ilə bağlı açıqlamalar verib.
Onun iddiasına görə, illərdir heç bir yerdə uğur qazana bilməyən Mourinyo bundan sonra yəqin ki, Səudiyyə Ərəbistanında işləyə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |