fbpx

“Azpetrol” və “Lukoil”də yoxlamalar başladı

Rüya Yorumları burda

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmasına başlanılıb.

BEY.AZ Qaynarinfo.az-a istinadən xəbər verir ki, yoxlamalar müvafiq dövlət qurumları tərəfindən “Azpetrol”, “Lukoil” və digər fərdi sahibkarlara məxsus yanacaqdoldurma məntəqələrində aparılır.

Müvafiq qurumlar tərəfindən aparılan ilkin yoxlamalar zamanı bəzi yanacaqdoldurma məntəqələrində nöqsanlar aşkarlanır, həmin müəsissələrə qarşı cərimələr tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanda və xüsusən bölgələrdə sürücülər sosial şəbəkələr, media vasitəsi ilə tez-tez yanacağın keyfiyyətinin aşağı olması, yanacağın bəzən az vurulması və digər məsələlərlə bağlı öz narazılıqlarını dilə gətirirlər.

Rüya tabirlerini burdan oku

Son günlər sosial şəbəkələrdə sürücülər “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) avtomobillərə yanacaq vurulduqdan sonra çənlərində su yığılması ilə bağlı iddia səsləndiriblər.

“Lukoil-Azərbaycan” QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az açıqlamasında faktı təsdiqləyib. O, bunu çənlərin birində texniki qəza ilə əlaqələndirib.

Onu da qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi iki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediıb. Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar keçirib. Hər iki yanacaqdoldurma məntəqəsində qanunsuluqlar aşkarlanıb və fəaliyyətləri dayandırlıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu