Ombudsmanın əməkdaşları yetkinlik yaşına çatmayanlar üçün müəssisədə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.
BEY.AZ xəbər verir ki, Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) baş çəkiblər.
Müəssisədə yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayram və yeni il münasibətilə təbrikləri çatdırılıb, onlar üçün bayram ilə əlaqədar nahar süfrəsi təşkil olunub.
Başçəkmə çərçivəsində, həmçinin Aparatın əməkdaşları tərəfindən müəssisədə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |