Ulduz futbolçu heyətdən çıxarıldı – Müqaviləsi ləğv edilir
“Qalatasaray” mövsümün fasiləsində ulduz futbolçu Hakim Ziyeçi göndərəcək.
BEY.AZ xəbər verir ki, klub futbolçu ilə müqaviləni ləğv etmək üçün danışıqlar aparır. Türkiyə mediası yazır ki, Hakim Ziyeç klubdan göndəriləcək futbolçular arasında ilk sıradadır. Məşhur jurnalist Rudy Galettinin xəbərinə görə, “Qalatasaray” Ziyeç ilə müqaviləni ləğv edib onu azad agent kimi göndərər bilər. Xəbərdə deyilir ki, bir sıra klublar Ziyeçin xidmətində maraqlıdır. Səudiyyə Ərəbistanı komandalarının futbolçunu transfer etmək istədiyi deyilir.
Qeyd edək ki, Hakim Ziyeç son iki turda heyətə daxil edilməyib. Məlumata görə, Hakim Ziyeç “Qalatasaray”ın idman mərkəzinə də gəlməyib. Bildirilir ki, mövsümün əvvəlində 1+1 illik müqavilə ilə “Qalatasaray”a imza atan Hakim Ziyeç komandada nüfuzdan düşüb. Bu mövsüm 11 matçda meydana çıxan və 320 dəqiqə oynayan Ziyeç 1 məhsuldar ötürmə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |