Atəşkəs pozulur, Mikati generallara çağırış etdi
Livanın Baş naziri Necib Mikati İsrailə atəşkəsə əməl etməsi üçün təzyiq göstərməyə çağırıb.
BEY.AZ xəbər verir ki, Necib Mikati bu barədə Atəşkəs Monitorinq Komitəsi ilə görüşündə deyib. O bildirib ki, İsrail hücumlar təşkil edərək, atəşkəsi pozur. Mikatinin ofisinin açıqlamasına görə, Livanın baş naziri İsraillə atəşkəsə nəzarət edən Atəşkəs Monitorinq Komitəsinin üzvləri ilə Baş nazirlik binasında görüşüb. İclasda Livanın Baş Qərargah rəisi Cozef Avn, Atəşkəsə Nəzarət Komitəsinin sədri, ABŞ-nin general-mayoru Jasper Ceffers, fransalı general-mayor Guillaume Ponchin, Livan Ordusunun Cənubi Litani bölməsi komandiri briqada generalı Edqar Lovndes, Livanda Sülh Qüvvələrinin Missiya rəhbəri və komandanı general Aroldo Lazaro və Birləşmiş Millətlər Təşkilatının müvəqqəti nümayəndələri iştirak ediblər. Mikati görüşdə İsrailin atəşkəsi pozmasının dayandırılmasını və Livanın cənubundakı bölgələrdən geri çəkilməsini tələb edib. Mikatinin sözlərinə görə, Livan razılaşmanın şərtlərinə sadiq qalsa da, İsrail atəşkəsi pozmağa davam edir.
Qeyd edək ki, atəşkəs razılaşmasına görə, Livan hökuməti “Hizbullah” və ya ölkə ərazisində yerləşən hər hansı digər silahlı qruplaşmanın İsrailə qarşı hər hansı əməliyyat keçirməsinə mane olacaq. İsrail isə mülki obyektlərə, hərbçilərə qurudan, dənizdən və ya havadan heç bir hücum etməyəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |