XİN təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verdi
Bu gün “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında qeyd edilib.
“Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik”, – deyə paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |