fbpx

Çipsi paketlərində niyə bu qədər hava var?

Rüya Yorumları burda

Kənardan kartof çipsi paketini açanda onun daha çox hava ilə dolu olduğunu görürük. Amma bu havanın paketin daha böyük görünməsindən daha mühüm rolu var.

BEY.AZ xəbər verir ki, paketdə olan hava yalnız görünüşü deyil, eyni zamanda çipslərin keyfiyyətini qorumaq üçün vacib rol oynayır. Adətən çips paketləri daşıma zamanı zədələnmədən qorumaq üçün hava ilə doldurulur. Bu hava bir növ hava yastığı kimi işləyərək məhsulun zədələnməsinin qarşısını alır. Xüsusilə, beynəlxalq daşınma zamanı təzyiq dəyişiklikləri çipslərin keyfiyyətinə təsir edə bilər.

Maraqlıdır ki, paketlərin içindəki hava əslində adi hava deyil, azot qazıdır. Azot, oksigenlə reaksiya vermədiyi üçün çipslərin yumuşalmasının və dadının dəyişməsinin qarşısını alır. Bu qaz həmçinin qidanın uzun müddət təravətini qorumasına kömək edir.

Bəzi tədqiqatçılar çips paketlərinə hava doldurmağın effektivliyini sual altına alıblar. Aparılan testlər göstərib ki, nəqliyyat zamanı çipslər yenə də qırılır. Bundan əlavə, bu paketlərin çox yer tutması daha çox yanacaq xərci və karbon emissiyalarının artması ilə nəticələnir.

Rüya tabirlerini burdan oku

Ən yaxşısı isə təzə kartof alıb evdə qızartmaq və ya sobada hazırlamaqdır. Bu üsul həm daha sağlamdır, həm də ətraf mühitə daha az təsir edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu