PKK/YPG yeni hökumətin çağırışına cavab verdi
Terror təşkilatı PKK/YPG-nin nəzdində olan Suriya Demokratik Qüvvələri silahlı qruplaşmaların Müdafiə Nazirliyinə inteqrasiyası ilə bağlı açıqlama verib.
BEY.AZ xəbər verir ki, qruplaşmanın nümayəndəsi Ferhad Şami bildirib ki, problemlərin həlli üçün dialoq qurmaq lazımdır. AFP xəbər agentliyinə danışan Ferhad Şaminin sözlərinə görə, inteqrasiya ilə bağlı məsələ birbaşa müzakirə edilməlidir. Şami, Müdafiə Nazirliyinə inteqrasiyanın Suriyanı gücləndirə biləcəyini ifadə edib. O, problemlərin həlli üçün Dəməşqlə birbaşa dialoqa üstünlük verdiklərini bildirib.
Qeyd edək ki, Suriyada rejimi devirən qruplaşmalar özlərini ləğv ediblər. Onlar Müdafiə Nazirliyinə tabe olmağa razılıq verib. Razılaşmaya əsasən Suriyada əvvəlcə 70-80 min nəfərlik ordunun qurulması nəzərdə tutulub. Ardınca bu rəqəm 300 minə çatdırıla bilər. Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi bildirilib. Bundan əlavə, razılaşdırılmış məsələlər tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli ərazisində türk hərbi varlığı olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |