fbpx

Ərdoğan vətəndaşları qiymətləri boykot etməyə çağırdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qiymət artımına qarşı vətəndaşları boykot etməyə çağırıb.

BEY.AZ xəbər verir ki, Ərdoğan bildirib ki, bahalı məhsul satanları dizə gətərəcək təsirli üsullardan biri boykotdur. Onun sözlərinə görə, qiymət artımına baxmayaraq həyata keçirilən iqtisadi tədbirlər uğurludur. Ərdoğan, inflyasiya göstəricilərinin getdikcə azalmasının ölkənin doğru iqtisadi həmlələr etdiyini ortaya qoyduğunu ifadə edib. Ərdoğan təqaüdlərin artırılacağını qeyd edib. İnflyasiya prosesində həddindən artıq mənfəət hərisliyinə və fürsətçiliyə diqqət çəkən Ərdoğan bildirib ki, qiymət artımının ön sıralarında ev qiymətləri və kirayələr yer alıb. Türkiyə lideri qiymət artımına qarşı tədbirlərin davam etdiyini ifadə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa