Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” Şahdəniz yatağından (qaz və kondensat) əldə etdiyi gəlirləri 442,085 milyon ABŞ dolları təşkil edib.
BEY.AZ xəbər verir ki, bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 2,96 dəfə azalma deməkdir.
Həmçinin, Fondun ötən il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 132,482 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,45 dəfə azalma deməkdir.
Xatırladaq ki, 2023-cü ildə ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun 2023-cü il ərzində “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 324,396 milyon ABŞ dolları olub. Bu isə illik müqayisədə 1,3% azdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.