fbpx

Trampın otelinin qarşısındakı partlayışda ChatGPT-dən istifadə edilib

👁 1

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı oteli qarşısında partlayış törədən şəxs ChatGPT-dən istifadə edərək partlayıcı qurğular haqqında məlumat toplayıb.

BEY.AZ xəbər verir ki, polis ChatGPT-nin xidmətindən ilk dəfə bomba hazırlanmasında istifadə edildiyini vurğulayıb. Polis bildirib ki, ABŞ-nin keçmiş xüsusi təyinatlı əsgəri Metyu Alan Livelsberger ChatGPT istifadə edərək partlayıcı qurğular haqqında məlumat əldə edib. Məlumata görə, Livelsberger ChatGPT-nin köməyi ilə partlayış üçün lazım olan partlayıcının miqdarını və partlayıcıların haradan əldə oluna biləcəyini araşdırıb. Polis rəsmiləri ChatGPT-nin verdiyi məlumatları tam təfərrüatı ilə açıqlamasa da, süni intellektin belə hadisələrdəki köməyinə diqqət çəkiblər. ABŞ-nin hüquq-mühafizə qüvvələri süni intellekt hazırlayanların bu məsələdə daha diqqətli olmasının vacib olduğunu vurğulayıblar.

OpenAI hadisə ilə bağlı hələlik açıqlama verməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa