fbpx

Ağstafada qalmaqallı görüntülərə görə ata və oğlu saxlanıldı

👁 1

Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib.

DİN-in Mətbuat Xidmətindən BEY.AZ-a verilən məlumata görə, sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa