fbpx

Trüdo Trampın bəyanatlarına sərt reaksiya verdi

👁 1

Kanadanın baş naziri Castin Trüdo Donald Trampın Kanadanın ABŞ-nin nəzarəti altına keçməsi ilə bağlı bəyanatlarına sərt cavab verib.

BEY.AZ xəbər verir ki, Trüdo X sosial media platformasındakı paylaşımında Kanadanın müstəqil qalacağını və belə birləşmənin mümkün olmadığını vurğulayıb. O, “Kanada və Birləşmiş Ştatlar illərdir əsas ticarət və təhlükəsizlik tərəfdaşları kimi bir-birlərinə töhfə verirlər. Bu tərəfdaşlıq region üçün çox dəyərlidir və Kanadanın müstəqil qalması bu balansın təməl daşlarından biridir”, – deyə bildirib. İstefasından danışan Trüdo Kanadanın gələcəyini formalaşdıracaq yeni liderlərə yer vermənin vaxtı olduğunu ifadə edib.

Qeyd edək ki, Donald Tramp Trüdonun istefasından sonra növbəti dəfə Kanadanın ABŞ-yə birləşməli olduğunu bəyan edib. Kanadanın iqtisadi cəhətdən ABŞ-dən asılı olduğunu və bu vəziyyətin daha belə davam edə bilməyəcəyini bildirən Tramp iddia edib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır və Kanadalılar da bunu istəyir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa