Avtomobil qəzasında həlak olan Vətən müharibəsi qazisi Nicat Ağayev dəfn olunub.
BEY.AZ xəbər verir ki, o, dünən doğulduğu Lənkəran rayonunun Liman şəhərində torpağa tapşırılıb.
Qazinin dəfnində böyük izdiham yaşanıb.
Qeyd edək ki, Nicat Ağayev yanvar 8-də Cəbrayıl rayonunun Karxulu kəndi ərazisində olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində özü həlak olub, avtomobildə olan digər 2 sərnişin isə yaralanıb.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.