fbpx

HƏMAS girovları azad etmək üçün şərtini açıqladı

HƏMAS girovları azad etmək üçün şərtini açıqladı
👁 39

İsrail, əsir mübadiləsi razılaşması əldə edilmədən girovları geri ala bilməyəcək.

BEY.AZ xəbər verir ki, HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan belə açıqlama verib. O Əlcəzairdə təşkil edilən mətbuat konfransında bildirib ki, İsrail ilə məhbus mübadiləsi müqaviləsində tətbiq olunacaq qaydalar var və bu qaydalara görə İsrail öz əsirlərini, HƏMAS da əsirlərini alacaq. Netanyahunun məhbusların taleyi ilə oynadığını irəli sürən Həmdan bildirib ki, HƏMAS İsrailin nə istədiyini vecinə almır və onlar üçün əsas olan İsrailin Qəzzadan çəkilməsidir. Həmdan, İsrailin işğalının planlarının təkcə Fələstin xalqının maraqlarını deyil, bütün bölgəni təhdid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-nin dövlət katibi Antoni Blinken HƏMAS-la İsrailin atəşkəslə bağlı razılaşmaq üzrə olduğunu açıqlamışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa