Bəzən əsgərlik yaşına çatan şəxsin cinsi orientasiyası fərqli ola bilir. Bəs əgər şəxs homoseksualdırsa, bu halda hərbi xidmətə gedir?
Bununla bağlı BEY.AZ-ın sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov cavab verib.
O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibbi həkim komissiyasından keçərkən vətəndaşda homoseksuallıq aşkar edildiyi halda o, əlavə müayinə üçün Respublika Psixiatriya xəstəxanasına və xəstəlik təsdiq edildiyi halda yekun tibbi müayinənin aparılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir:
“Agentliyin yekun tibbi müayinəsinə əsasən barəsində Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarına əsasən qərar qəbul edilir. Yəni, vətəndaş əməliyyat etdirərək cinsini dəyişdiribsə, o, həm dinc həm də müharibə dövründə yararsız hesab edilir. Digər hallarda isə dinc dövrdə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilərək qeydiyyata alınır”, – deyə məlumatda qeyd olunub.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.