fbpx

​Şolts Trampa xəbərdarlıq etdi

​Şolts Trampa xəbərdarlıq etdi
👁 38

Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.

BEY.AZ TASS-a istinadən xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.

Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.

Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hər bir ölkəyə şamil edilir: “Bu prinsipə hər bir dövlət riayət etməlidir. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir kiçik ölkə böyük qonşusundan qorxmamalıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa