Mərkəzi Meksikanın Miçoakan sahilləri yaxınlığında 6,4 maqnitudalı zəlzələ olub.
BEY.AZ xəbər verir ki, Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 91 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.