fbpx

​ABŞ Kubanı həmin siyahıdan çıxardı

​ABŞ Kubanı həmin siyahıdan çıxardı
like 37

ABŞ administrasiyası Kubanı “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxarmaq qərarına gəlib.

BEY.AZ xəbər verir ki, bu barədə Ağ Ev Konqresə bildiriş göndərib. Bildirişə əsasən Kubanın “terrorçuluğu dəstəkləyən dövlətlər” siyahısından çıxarılacağı açıqlanıb. Məlumatda deyilir ki, Kuba 2021-ci ildə həbs edilən siyasi məhbusların azadlığa buraxılması müqabilində siyahıdan çıxarılacaq. Məsələ ilə bağlı mətbuat brifinqində açıqlama verən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və ölkənin Kolumbiyadakı sülh danışıqlarına töhfələr verdiyini bildirib. Kuba siyahıdan çıxarılsa da, Şimali Koreya, İran və Suriya siyahıda qalacaq.

Qeyd Kuba “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısına Trampın hakmiyyəti dövründə əlavə edilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa