Bu tarixdən ölkəyə gələn turistlərin sayı artacaq

Bu tarixdən ölkəyə gələn turistlərin sayı artacaq
like 225

“Bu il Novruz bayramı ərəfəsində müsəlman ölkələrindən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə azdır”.

Bunu turizm eksperti Əziz Şiriyev BEY MEDİA-a açıqlamasında bayram ərəfəsində Azərbaycana gələn xarici qonaqlardan danışarkən deyib.



Onun sözlərinə görə, Ramazan ayı ilə əlaqədar səfərlər azalıb:

“Lakin aprel ayından etibarən turist axınının artacağını düşünürəm. Hazırda Avropa, Çin və Koreyadan qonaqlar gəlməkdədir. Ümumilikdə, yanvar, fevral və mart ayları turizm sahəsində zəif dövrlər hesab olunur. Ancaq aprel ayından etibarən mövsüm başlayır və aprel, may, iyun, iyul və avqust aylarında turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq”.

Ə.Şiriyev qeyd edib ki, həmin dövrdə hətta Amerikada da daxil olmaqla, müxtəlif ölkələrdən qonaqlar ölkəmizə səfər edəcək.

Sevinc İbrahimzadə / BEY MEDİA




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa