fbpx

“Hamını filmə çəkirlər məndən başqa”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bikar insanam. Mənim də bikarçılıqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm”

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti, aktyor Valeh Kərimov “Üzə-düz” proqramında deyib.

Sənət aləmindən küsdüyü deyən aktyor bunları əlavə edib:

“Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”.

Məşhur “Bəxt üzüyü” filmindəki “Moşu” obrazından danışan V.Kərimov bu rolun ona çox mane olduğunu etiraf edib:

“İndi-indi hamı mənim adımı bilir, indiyə kimi “Moşu”, xalq deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə “Bəxt üzüyü”dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin