fbpx

Erməni xisləti İŞ BAŞINDA: Yandırılmayan evlərə “sürpriz mina”lar qoyula bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir. Minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, paralel olaraq, evlər və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir.

“Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə “sürpriz mina”lar qoyulmayacaq. Bunların qarşısını müəyyən qədər almaq üçün nələrsə edilməlidir: Minaların basdırıldığı faktını əsas götürərək, çıxarılma prosesini Azərbaycan ordusunun müşaiyət etməsi tələbi irəli sürülə bilər. Elektrik enerjisinin dayandırılması tarixi irəli çəkilməklə ermənilərin çıxmasını sürətləndirə bilərik. Məlumatlara görə, Laçın şəhəri və Zabuxda qalan ermənilərə avqustun 20-dən sonra elektrik enerjisinin dayandırılacağı deyilib”.

Qeyd edək ki, Laçından çıxan erməni ailələr onlara edilən xəbərdarlığa baxmayaraq, evləri yandırır. Bundan əvvəl ermənilərin Laçında meşə sahəsinə də od vurması haqqında görüntülər dərc olunmuşdu. Onu da deyək ki, Zabuxda yaşayan ermənilərə kənddən çıxması üçün cari ayın sonunadək vaxt verilib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin