“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı “Qarabağ” açıb. Filip Ozobiç 39-cu dəqiqədə fərqlənib.
Bununla belə, “Viktoriya” 58 və 73-cü dəqiqələrdə vurduğu iki qolla qalib gəlib.
Bu nəticə ilə Çexiya çempionu mübarizəni Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.