fbpx

Aygün Bayramova “Millisəs”dən gedir?

Bir neçə gün öncə “Space”in canlı efirində, “Millisəs” yarışmasının münsifi xalq artisti Aygün Bayramova ilə aparıcı Nübar arasında qarşıdurma yaranmışdı.Aparıcın sözü hər dəfə Elnur Zeynalova birinci verməsi Aygün Bayramovanın və digər münsiflərin haqlı narazılığına səbəb olub.

Bu görüntülər artıq bir neçə gündür xəbər saytlarında və sosial şəbəkələrdə paylaşılır.Bir çox istifadəçilər isə aparıcının bu hərəkətini tənqid ediblər.Aparıcın qeyri-peşəkarlığı izləyicilərin gözündən yayınmayıb.

Ancaq bu hadisədən sonra tv rəhbərliyi ilə münsiflər arasında qalmaqal yaşanıb.Etibarlı mənbələrdən daxil olan məlumata görə, həmkəndlisi Elnur Zeynalova qarşı yönələn tənqidlər Müşfiq Hətəmovu qəzəbləndirib.Hətəmovla Bayramova bu məsələ ilə bağlı üz-üzə gəliblər.Aygün xanımın layihədən kənarlaşdırılması məsələsidə gündəmdədir.

Qeyd edək ki, Hətəmovla Elnur zeynalov həmkəndlidirlər.Onların hər ikisi Ağdam rayon Güllücə kəndindəndirlər.Bu səbəbdən Zeynalovun münsiflər heyətinə seçilməsi ehtimal olunur.Eyni zamanda Müşfiq Hətəmovun gəlişindən sonra həmkəndlilərinin və qohumlarının kanalda işə düzəldiyidə çoxlarına məlumdur. Xatırlatma edək ki, bundan əvvəl Müşfiq Hətəmov aktyor Hikmət Rəhimovla qalmaqal yaşamışdı.Aktyor sosial şəbəkə hesabında Hətəmovun ona “gic talış” dediyini vurğulamışdı.

One Comment

  1. Gic onun özüdü nadürüst Talışdar verer cavabını narahat olma hetemov

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin