fbpx

Ana südü ilə qidalanma üçün ƏKS-GÖSTƏRİŞLƏR

Rüya Yorumları burda

Uşağın sağlamlığı ana bətnindən başlayır və 1000 gün ərzində təməli qoyulur. Beləliklə, uşaqların sağlamlığının qorunması üçün onların qidalanmasına ciddi diqqət yetirmək lazımdır.

Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmaq üçün təşviq edilməlidirlər. Həm hamiləlik dövründə, həm də doğuşdan sonra ana və uşağın qorunması Səhiyyə Nazirliyinin ciddi əhəmiyyət kəsb edən prinsiplərindəndir”.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova Səhiyyə Nazirliyinin instagram hesabında canlı yayımlanan “Uşaq sağlamlığı” mövzusundakı çıxışı zamanı bildirib.

Nazirliyin mütəxəssisi qeyd edib ki, ana südü ilə qidalanma üçün əks göstərişlər az saydadır: “Ana QİÇS, müalicəyə tabe olmayan vərəm və südlə keçən infeksiyalarla xəstələniibsə, uşaq ana südü ilə qidalana bilməz. Ümumiyyətlə isə ana südü allergiyaya səbəb olan amillər sırasında deyil. Əgər uşaqda əmizdirildikdən sonra səpkilər əmələ gəlirsə, deməli ana qidalanmasına diqqət göstərməlidir. Yəni, belə hallar ana südündən imtina edilərək süni qidalara keçmək üçün səbəb ola bilməz. Ana mütləq şəkildə həkimə müraciət etməli və həm özünün, həm də övladının qidalanması ilə bağlı həkimin təyinatına əməl etməlidir. Belə olan halda, ədviyyatlı qidalardan mümkün qədər az istifadə məsləhətlidir. Analar, həmçinin bilməlidir ki, körpəsini əmizdirmək onların kökəlməsinə səbəb olmur. Bu, tamamilə yanlış fikirdir. Əgər süd verən ana düzgün qidalanarsa, o, heç vaxt kökələ bilməz”.

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu