fbpx

“Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt

Rüya Yorumları burda

“Kristal Abşeron”un keyfiyyətsiz mənzil “KAMPANİYASI”: Vətəndaş pulunu şirkətdən geri ala bilərmi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, deputat Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Əlbəttə ki, bu hallar tək “Kristal Abşeron” şirkətinə aid deyil. Bir sıra yaşayış massivləri var ki, vətəndaşlar onların tikintisi və keyfiyyəti ilə bağlı narazılıqlar edir. Bəs belə olan halda vətəndaş mənzilin pulunu şirkətdən geri ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, əgər vətəndaş hansısa bir tikinti şirkətinin etdiyi təmirlə mənzil alırsa, aralarında bağlanan alqı-satqı müqaviləsində şirkətin öhdəlikləri qeyd olunur:

“Bu zaman evlərə qarantiya müddəti verilir. Bu müddət ərzində əgər təmir və tikintidə hər hansı bir problem baş verərsə vətəndaş həmin mənzilin geri qaytara bilər. Digər tərəfdən həmin mənzili təmirini şirkətə yenidən etdirə bilər. Bu problem əgər qarantiya müddətindən daha tez baş verirsə, qarşı tərəfin vəzifə borcudur ki, öhdəliklərini yerinə yetirsin. Bu müddət ərzində nöqsanı aradan qaldırmalıdır. Əgər şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməsi burada məhkəmə qaydası ilə işlər aparılır. Belə ki, məhkəmə qaydası ilə vətəndaşın pulu kompensasiya edilə bilər”.

Xatırladaq ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Sevda Səfərova sonxeber.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu