İdlibdə Türkiyənin zirehli maşın karvanına hücum edildi
Suriyada Türkiyə Silahlı Qüvvələrinin zirehli maşın karvanına hücum edilib.
Metbuat.az xəbər verir ki, hadisə İdlib şəhərinin cənubunda baş verib.
Məlumata əsasən, hücum nəticəsində ölən və yaralanan olmayıb. Bununla belə, zirehli texnika zərər görüb.
Bildirilir ki, hücum bölgədəki radikal ünsürlər tərəfindən əldəqayırma partlayıcı qurğular vasitəsilə həyata keçirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.