fbpx

Məşhur müğənni oteldən yarıçılpaq çıxdı – FOTO

Qalmaqalları ilə tez-tez adı hallanan məşhur müğənni Britni Spirsin ötən gün qaldığı oteldə əsəb böhranı keçirdiyi iddia edilib.

BEY.AZ News24.az a istinadən xəbər verir ki, keçmiş sevgilisi Pol Riçard Solizlə dava edən müğənninin vəziyyətinin yaxşı olmadığı və müğənni üçün təcili yardım çağırıldığı bildirilib.

Müğənni otelin qapısında ayaqyalın və əlində ədyalla görüntülənib. İddialara görə, müğənni keçmiş sevgilisi ilə dava edərkən xəsarət alıb.

42 yaşlı Spirs sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. Məşhur Chateau Marmont otelindəki otağına iki tibb işçisinin “qanunsuz” girdiyini ifadə edən Spears, ona lazım olan tək şeyin topuq üçün buz olduğunu ifadə edib.

Ayağındakı şişkinliyi sosial media hesabında paylaşan Spirs otağında tullanmaq istəyərkən yıxıldığını bildirib.

Müğənni anası Linni günahlandıraraq, “Bunun arxasında anamın olduğunu bilirəm. 6 aydır onunla danışmıram. Haqqımda xəbər çıxan kimi dərhal mənə zəng edib” deyib.

Spirs açıqlamasında “O, məni əvvəlki kimi aldadıb. Mən ona dözə bilmirəm” deyib.

Spirs daha sonra sinir böhranı keçirdiyi ilə bağlı iddiaları təkzib edərək, “Xəbər tamamilə yalandır. Hər gün güclənirəm” deyib.

Günel Məlikzadə

  • Xəbəri Paylaş:

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin