fbpx

“Eşitdim ki, arvadım bacımın əri ilə münasibətdədir” – Dəhşətli cinayət Suraxanıda

Rüya Yorumları burda

Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Zaur ailə münaqişə zəminində yeznəsi Toğrula (adlar şərti verilib – red.) xəsarət yetirib.


Buta.tv-nin əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 6-da baş verib. Zaur Toğrulun kürək nahiyəsindən bıçaqla vurub.


İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1999-cu ildə Xumarla ailə həyatı qurub: “Təqribən 1 il əvvəl Xumarla aramızda mübahisə yarandı. Bundan sonra Xumar bacımgillə yaşamağa başladı. Nə qədər çağırsam da, evə gəlməkdən imtina etdi. Bir müddət əvvəl Xumarın bacım Səidənin əri Toğrulla münasibətləri barədə məlumat eşitdim. Bu səbəbdən hadisə günü saat 18.30-da Toğrulgilin yaşadığı Əmircan qəsəbəsindəki ünvana gəldim ki, onun özündən məsələ ilə əlaqədar maraqlanım.
İbadət əhli olan Toğrulun məsciddən çıxdığını gördüm. Onu çağırıb məsələ ilə bağlı izah istədim. Arvadımın özünün onunla olmaq istədiyini dedi. Bu zaman onun danışıqlarına dözə bilmədim. Üzərimdə gətirdiyim bıçaqla kürək nahiyəsindən bir bıçaq vurdum. Bu zaman evdən çıxan bacım və arvadım qışqırdılar. Bunu gördükdə həmin yerdən uzaqlaşaraq evimə gəldim”.
Zaur qeyd edib ki, Toğrulu cəzalandırmaq üçün bıçaqla onun üzərinə gedib: “Bıçağı hadisədən sonra hara tulladığımı unutmuşam. Toğrulu etdiyi hərəkətə görə cəzalandırmaq istəmişəm”.
İş üzrə zərərçəkmiş Toğrulun sözlərinə görə, Zaur onun qaynıdır: “Zaur problemli şəxs olduğu üçün onunla danışmamışam. Bir müddətdir keçmiş həyat yoldaşı Xumarla münasibətdə məni günahlandırırdı. Ancaq mənim Xumarla qohumluqdan başqa hər hansı bir əlaqəm olmayıb”.


Zərərçəkmiş qeyd edib ki, hadisə günü evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşidib: “Evdən çıxıb darvazanı açdım. Bu zaman Zaur mənə daş atdı. Əyildiyimdən daş mənə dəymədi. Zaur üstümə hücum çəkdi və məni vurdu, yerə yıxıldım. Səs-küyə evdən yoldaşım Səidə çıxdı, Zaur qaçaraq getdi. Ayağa qalxdıqda sol kürək nahiyəmdən qan axdığını gördüm. Başa düşdüm ki, Zaur mənə bıçaqla xəsarət yetirib. Təcili tibbi yardım çağırdıq. Məni xəstəxanaya apardılar”.
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Zaur 6 ay müddətə azadlıqdan məһrum edilib.

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu