fbpx

Cəlilabadda dəhşət: Arvadının sevgilisi olduğunu bildi, gecəyarısı isə…

Cəlilabad rayonunda 1996-cı il təvəllüdlü Valeh qısqanclıq zəminində həyat yoldaşı Xatirəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

BEY.AZ-ın əldə etdiyi məlumata görə, Valeh 15 oktyabr 2022-ci ildə arvadı Xatirənin iki azyaşlı övladları ilə birgə kirayədə yaşadığı Bakı şəhərində tanış olduğu Sahil ilə sevgi münasibətləri qurduğuna əmin olub.

Bu səbəbdən aralarında yaranmış mübahisə ilə əlaqədar ondan Xatirə ondan ayrılaraq övladlarını götürərək Cəlilabad rayonunda kəndlərdən birinə atasının evinə qayıdıb. Valeh arvadını yaranmış qısqanclıq hislərinin təsirindən öldürmək qərarına gəlib.

Cinayətkar niyyətini həyata keçirmək üçün oktyabrın 20-də Cəlilabad şəhərinə gedib və təsərrüfat malları satılan mağazadan 8 manat dəyərində balta alıb.

Daha sonra Valeh oktyabrın 21-də, gecə saat 3 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olub. O, arvadının əlində olan baltanı görərək oradan uzaqlaşarsa cinayətkar niyyətini həyata keçirə bilməyəcəyi təhlükəsini aradan qaldırmaq üçün baltanı arvadı və ailə üzvlərinin görə bilməyəcəyi yerə, lakin özünə əlçatan olması üçün evin divarına söykəyib.

Bundan sonra Valeh Xatirəni səsləyib və arvadı evin pəncərəsinə yaxınlaşdıqda aralarında mübahisə yaranıb. Mübahisə zamanı qısqanclıq zəminində arvadını öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı götürüb və arvadının yaxasından yapışaraq pəncərədən özünə tərəf çəkib. Baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirib.

Daha sonra Xatirənin kömək çağırışlarına gələn onun anası bədənindən tutaraq pəncərədən kənarlaşdırıb və otağın içərisinə doğru çəkdiyinə görə zərbələr endirməyi dayandırsa da, məqsədinə nail olmaq üçün öz cinayətkar əməlini davam etdirib. O, əlindəki baltanı arvadının kürəyinə doğru atıb.

Xatirə ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Valeh isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. /teleqraf

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin