fbpx

Qadın 27 kişi ilə evləndi və onlara həyatlarının şokunu yaşatdı

Rüya Yorumları burda

Hindistanda polis onlarla kişinin arvadı olmuş və evliliklərinin səhəri günü ərlərinin pullarını, həmçinin qızıl-zinət əşyalarını oğurlayaraq qaçan fırıldaqçını axtarır.

Cinayətlər Şrinaqar şəhərində törədilib. Adının Avrat olduğu ehtimal edilən gəlinin bir neçə aradüzəldən ortağı olub. Onlar varlı kişiləri müəyyən edir və ona potensial arvadın fotoşəkillərini göstəriblər. Toydan sonra qadın yeni ərinin evindən pulu və qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxıb.

Avrat kriminal karyerası ərzində azı 27 dəfə ailə qurmağa və ərlərini soymağa nail olub.

Zərərçəkənlərdən biri deyib ki, Avrat qaçmazdan əvvəl təcili olaraq valideynləri ilə görüşməli olduğunu deyib. Digər zəngin kişidən o, klinikaya birgə səfər zamanı qaçıb. Üçüncü halda, fırıldaqçı pulu aldadılan bəyin atasına qaytarıb, lakin onun buna necə nail olduğu göstərilməyib.

Fırıldaqçılar dəstəsinin izinə düşməyə çalışan zərərçəkənlər müəyyən ediblər ki, onun üzvləri uydurma adlardan istifadə ediblər, sənədlərin, ünvan və telefon nömrələrinin saxta olduğu üzə çıxıb. Gəlinin özü də ən azı üç adla çağırılıb: Cahin, İlyasa və Şahina. Oğurlanan pulların dəqiq məbləği məlum deyil.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu