fbpx

Kişilər də uşaq əmizdirə biləcək – yenilik – FOTO

Rüya Yorumları burda

Transgender qadın Mika Minio-Paluello avtobusda körpəsini əmizdirərkən fotosunu paylaşıb.
BEY.AZ bildiri ki Böyük Britaniyada  yayımlanan “ITV News” verilişində maraqlı müzakirə baş verib. Parlament üzvünün də yer aldığı proqramda transgenderləri “ana” adlandırmağın düzgün olmadığı vurğulanıb. Cəmiyyətin müxtəlif dairələrindən bu iddiaya etirazlar gecikməyib. Mika adlı trans qadın körpəsinə süd verdiyini görüntünü əks etdirən fotonu paylaşaraq, bunları qeyd edib: “Biz qadınlar təkcə ətək geyinib, mətbəxdə vaxt keçirmirik, həm də əsl ana olmağı bacarırırq”.
Bəs əslində necədir? Kişi süd verə bilərmi?
Bunun cavabı həm hə, həm yox ola bilər!
2000-ci ildə qəbul olunann Newman-Goldfarb protokoluna əsasən cinsindən asılı olmayaraq istənilən körpə övladlığa götürən şəxs süd verə bilər.
Bunun üçün yenicə ana olan qadının bədənində gedən prosesləri təqlid etmək lazımdır. Bunun üçün bədənin südvermə qabiliyyətini stimullaşdırmaq məqsədilə bir neçə həftə müntəzəm olaraq süd sağmaq lazımdır. Həmçinin, kontraseptiv hormonlar və ürəkbulanma əleyhinə dərman domperidonu kombinasiyalı şəkildə qəbul etmək lazımdır ki, bu da süd istehsal edən hormon prolaktinin səviyyəsini artırır.
Amma bu göründüyü qədər asan deyil, çünki ürək problərinə yol açması səbəbilə domperidon Birləşmiş Ştatlarda qadağan olunub.
Böyük Britaniyanın Milli Tibb Xidməti isə adı çəkilən preparatın qəbul olunmasında böyük qabahət görmür. Hətta südü az olan analar belə əgər özündə və körpəsində ürəklə bağlı problem yoxdursa, qısa müddətlik bu pereparatdan istifadə edə bilər.
Amma trans qadınlarda vəziyyət bir qədər fərqlidir. Çünki onlar onsuz da kişilik hormonlarını azaldan və daha feminin görüntüyə keçid etmək üçün xüsusi dərmanlar istifadə edirlər. Bu kimyəvi vasitələr südün keyfiyyətini aşağı salır və körpə üçün hətta qismən zərərli qida da hesab oluna bilər.
2020-ci ildə baş tutan tibbi konfransda iştirak edən həkimlərin 91%-i hesabe edir ki, trans qadınların körpələri əmizdirməyə imkan  verən xüsusi protokolun qəbuluna ehtiyac var. (milli.az)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu