Tovuzda evli qadın iş yoldaşı ilə yarıçılpaq vəziyyətdə tutuldu – İki gündən bir cinsi əlaqədə olduq…
Tovuz rayonunda 1987-ci il təvəllüdlü Pərviz qısqanclıq zəminində keçmiş həyat yoldaşı Zeynəbi (adlar şərti verilib – red.) öldürüb.
Bey.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Pərviz 1985-ci il təvəllüdlü keçmiş arvadı Zeynəbin həmkəndlisi, onunla Tovuz şəhərində “Nəsimi” Ticarət Mərkəzində eyni dükanda satıcı işləyən Vüsalla sevgi münasibətlərində olmasından şübhələnib.
15 noyabr 2022-ci ildə saat 21.30-da Zeynəbin yaşadığı nənəsinə məxsus evə gedib və arvadını Vüsalla birlikdə evin dəhlizində yarıçılpaq vəziyyətdə görüb. Vüsal evdən çıxaraq qaçsa da, Zeynəb qaça bilməyib.
Pərviz Zeynəbin saçından tutaraq evin həyətində yerləşən yardımçı tikiliyə aparıb, orada qadına çoxsaylı zərbələr vurub. Zeynəb aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Aliment ödədim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Zeynəblə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub:
“Həmin nikahdan iki övladımız olub. 2022-ci il tarixdə işləmək üçün Rusiyaya getdim. Bir ay sonra anam mənə zəng etdi, Zeynəbin boşandığını və atası evinə getdiyini dedi. Ondan nəyə görə boşandığını soruşdum, anam və bacımla yola getmədiyini bildirdi. Rusiyada olanda iki ay Zeynəbə aliment ödədim”.
“Anam arvadımın oğlanlarla danışığını dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Azərbaycana qayıtdıqdan sonra bir neçə dəfə Zeynəbə barışmaq təklif etsə də, o razılaşmayıb: “Zeynəb atası evinə gedərkən uşaqlarını da özü ilə apardı. Rayona qayıtdıqda oğlum Fərid öz xoşluğu ilə yanıma gəldi və mənimlə qalmaq istədiyini dedi. Zeynəb isə məndən polisə şikayət edərək guya oğlumu oğurladığımı bildirdi. Polisdə oğlum mənimlə yaşamaq istədiyini etiraf elədi.
Zeynəb uşaqlarla nənəsi evində tək yaşadı və boşandıqdan sonra bazarda satıcı işlədi. Mən nəyə görə Zeynəbin evdən getməsi ilə maraqlananda anam əvvəlcə bu barədə demək istəmdi. Sonradan arvadımın başqa oğlanlarla danışığını gördüyünü bildirdi. Bu barədə Zeynəbdən soruşdum, o da nə edirsə, yaxşı elədiyini dedi”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Zeynəbi izləməyə başlayıb: “İş yerinə getdim, onun yanında işlədiyi satıcı oğlanla deyib-güldüyünü gördüm. Belə yaxın münasibətdə olmalarından şübhələndim. Hətta bir neçə dəfə onları birlikdə də gördüm. Son bir həftədə gecələr Zeynəbgilin evinə gedərək onu izlədim”.
“Məndə şübhə yaratdı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün qaynı Vüqara zəng edib və ona bacısının başqa oğlanla münasibətdə olduğunu deyib, bu barədə tədbir görməsini istəyib: “Oğlum Fərid 2-3 gün idi anasının yanında qalırdı. Buna görə gedərək uşaqlarımı Zeynəbgildən götürdüm. Onları evimə gətirdim, kabab çəkdim.
Həmin gün saat 18 radələrində qızımı Zeynəbin yaşadığı evə apardım, oğlum isə mənimlə qaldı. Qızımı Zeynəbə təhvil verəndə qarın nahiyəmi əlimlə tutduğumu gördü. Məndən nə olduğunu soruşdu. Mən də ağrıdığımı dedim və sonra evə qayıtdım.
Evə qayıtdıqdan sonra Zeynəb oğlum Fəridə zəng edərək telefonda mənim səhhətimlə maraqlandı. Onun belə diqqət göstərməsi məndə şübhə yaratdı. Ona görə də saat 21 radələrində Zeynəbgilə getdim. Yolda “Go” adlı energetik içkisi içdim.
Saat 21.30-da Zeynəbin yaşadığı evin qarşısına çatanda darvazanın qapısının arxadan qıfılla bağlı olduğunu və evin həyətinin işığının yanmadığını gördüm”.
“Bağışla qələt eləmişəm”
Təqsirləndirilən şəxs deyib ki, evin darvazasının yanından setkadan həyətə tullanıb: “Zeynəbgilin qaldığı yardımçı tikiliyə tərəf gedəndə otaqda telefon işığı yanırdı. Yaxınlaşaraq pəncərədən baxanda otaqda qızım Səidənin telefonla oynadığını gördüm. Sonra əsas evə tərəf getdim, qapı qıfıllı deyildi. İçəridən sürətli ayaq səsləri gəldi və qapını açmaq istəyəndə arxadan kimsə onu tutub saxladı. Mən çiynimlə qapını itələyərək açdım.
Bu vaxt Zeynəb paltarını yarı geyinmiş vəziyyətdə mənə tərəf gəldi. Mənə “bağışla qələt eləmişəm, sabah başqasına qoşulub qaçıram, Səidəni də özümlə aparıram” dedi. Mən isə arvadıma qızımı heç hara aparmayacağını dedim. Qapının arxa tərəfindən qəfil bir nəfər çıxdı və sifət nahiyəmdən iki yumruq zərbəsi vurdu. Mən yerə yıxıldım. Həmin adam qaçaraq getdi. Sifətini görməsəm də, paltarından Zeynəbin yanında işləyən Vüsal olduğunu tanıdım.
Kişi qaçıb getdikdən sonra Zeynəb də yardımçı tikiliyə, qızımın yanına qaçdı. Arvadımın ardınca yarımtikiliyə gedərək onunla mübahisə etməyə başladım”.
“Mənimlə getməyəcəyini dedi”
Pərvizin ifadəsinə görə, qızı otaqdan çıxıb və dayısıgilə hadisə barədə məlumat verməyə gedib: “Qızım qışqıra-qışqıra dayısıgilə mənim anasını tutduğumu dedi. Mən də qapını arxadan bağladım. Zeynəbə birinci “bu barədə heç kimə heç nə demə, uşaqlarımıza görə səni bağışlayıram, gəl evimizə qayıdaq” dedim. Zeynəb isə mənimlə getməyəcəyini, həmin oğlana qoşularaq qaçacağını, mənim əl çəkməyəcəyim halda, evinə basqın etdiyim üçün şərləyəcəyini söylədi.
Arvadımın bu hərəkətlərindən acıqlandım, əvvəldən üzərimdə olan bıçağı çıxararaq birinci onun təpə nahiyəsinə iki zərbə vurdum. Bıçaq onun kəllə sümüyünə batdı. Sonra kürək və boyun nahiyəsinə, döş qəfəsinə, bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurdum”.
“Öldüyünə əmin oldum”
Pərviz qeyd edib ki, Zeynəb həmin vaxt ona “bağışla” deyib, qızını da götürərək oğlana qaçacağını söyləyib: “Qızımı mənə verməyəcəyini dedi, qışqıraraq qonşuları çağırdı. Mən isə daha da əsəbiləşərək əlimdəki bıçaqla Zeynəbin boğazını kəsdim. Bir neçə dəqiqə sonra onun tam öldüyünə əmin oldum. Buna görə qapıdan çölə çıxdım.
Qapıda qaynımla qarşılaşdım. Ona bacısını öldürdüyümü dedim. Donra öz bacıma zəng etdim, hadisəni xəbər verdim, polisə gedərək təslim olacağımı bildirdim. Piyada Tovuz rayon polis şöbəsinə tərəf yollandım. “Turan” şadlıq evinin qarşısında polis əməkdaşları mənə yaxınlaşıb şöbəyə apardılar”.
“Peşmançılıq hissi keçirmişəm”
Təqsirləndirilən şəxs bildirib ki, qızının yanında yad kişiylə görüşməsini, münasibət qurmasını keçmiş arvadı Zeynəbə bağışlaya bilməyib. Qeyd edib ki, keçmiş arvadını bıçaqla vurarkən qızı bunu görməyib: “Qızım yalnız mübahisə etdiyimizi gördü. Əvvəllər Ceyrançöl ərazisində çoban kimi heyvan otardığımdan cinayətin aləti olan bıçağı həmişə üzərimdə gəzdirmişəm.
Törətdiyim əməldən övladlarım valideynsiz qaldıqları üçün peşmançılıq hissi keçirmişəm”.
“Boşanmaq üzrə olduğunu söylədi”
İş üzrə şahid qismində dindirilən Vüsalın sözlərinə görə, təxminən 2022-ci ilin aprel ayının axırlarında “İnstagram” sosial şəbəkəsində təsadüfən əvvəllər tanımadığı və adını sonradan bildiyi Zeynəbə izləmə istəyi göndərib: “Səhəri gün Zeynəb izləmə istəyimi qəbul etdi. Mən də ona “salam” yazdım. Zeynəb də “salam” deyə cavab yazdı.
Yazışmağa başlayaraq tanış olduq. Səhəri gün Zeynəbə sosial şəbəkədə çox yazışa bilmədiyimi və nömrəsini verməsini xahiş etdim. Əvvəlcə mənim nömrə verməyimi, daha sonra özü nömrə verəcəyini dedi.
Bundan sonra Zeynəbə zəng vurdum. Ondan əvvəlcə haralı olduğunu, subay və ya evli olub-olmadığını soruşdum. Tovuz rayonunun kəndində yaşadığını, “Nəsimi” ticarət mərkəzində qab-qacaq satılan mağazada satıcı işlədiyini, iki uşağı olduğunu, ərinin Rusiyaya getdiyini və boşanmaq üzrə olduğunu söylədi”.
“Cinsi əlaqədə olduq”
Şahid qeyd edib ki, bundan sonra onlar mütəmadi olaraq danışmağa başlayıblar:
“Oktyabrın 5-də Zeynəb mənə rəsmi olaraq boşandığını dedi. Biz oktyabrın ortalarında Tovuz çayının kənarında görüşdük. Bir az hal-əhval tutduqdan sonra evə getdik. Səhəri gün yenidən həmin yerdə görüşdük. Könüllü şəkildə cinsi əlaqədə olduq. Bundan sonra demək olar ki, iki gündən bir cinsi əlaqədə olduq”.
Vüsalın ifadəsinə görə, oktyabrın 13-də Zeynəbin əri Pərvizin Rusiyadan qayıtdığını eşidib:
“Oktyabrın 26-da Tovuz rayonunda yerləşən “Nəsimi” ticarət mərkəzində olarkən cehizlik qablar satılan mağazada satıcı tələb olunması barədə elanı gördüm. Səhəri gün həmin mağazada satıcı kimi işləməyə başladım. Zeynəbin işlədiyi mağaza mənim işlədiyim mağazanın yanında idi.
Noyabrın 9-da Zeynəbin işlədiyi mağazaya keçmiş ərinin gəldiyini gördüm. Təxminən 5-6 dəqiqə sonra o, mağazadan getdi. Həmin vaxt Zeynəbdən gələn şəxsin kim olduğunu soruşdum. Zeynəb keçmiş əri Pərviz olduğunu dedi.
Həmin gün saat 13 radələrində mağazanı bağladıq və Zeynəblə birlikdə bazarın yanında olan dayanacağa getdik. Dayanacaqda marşrut gözləyərkən Pərvizi gördük. Marşruta mindikdə Pərviz də arxamızca avtobusa mindi. Kəndə çatdıqda əvvəlcə Zeynəb, daha sonra Pərviz düşdü. Mən də öz evimə gəldim”.
“Bizi izlədi”
Vüsal qeyd edib ki, səhəri günü Pərviz yenidən Zeynəbin işlədiyi mağazaya gəlib: “Telefonda Zeynəbdən Pərvizin niyə gəldiyini soruşdum. Pərvizin onu təhdid və təhqir etdiyini, öldürməklə hədələdiyini dedi. Növbəti gün Pərviz yenidən mağazanın qarşısından keçərək getdi.
Mən əvvəlcə öz işlədiyim mağazanı bağladım. Sonra Zeynəbə kömək etmək üçün onun işlədiyi mağazaya getdim.
Cehizlik əşyalarını mağazaya yığarkən təxminən 25-30 metr kənarda Pərvizi gördüm. Qıraqdan bizə baxırdı. Səhəri gün yenə mağazanı bağlayaraq dayanacağa getdik, marşruta mindikdə Pərviz də yenidən avtobusa mindi.
O, marşruta hər dəfə daxil olduqda heç bir şey danışmır, sakitcə bizi izləyirdi. Hadisə olmamışdan son iki gün qabaq isə Pərvizi ümumiyyətlə görməmişəm”.
“Eşitdim ki, mənimlə olan münasibətinə görə öldürüb”
Vüsal bildirib ki, hadisə günü, saat 20.30-da Zeynəb ona zəng vuraraq nənəsinə məxsus yaşadığı evə dəvət edib: “Əvvəlcə Zeynəbin evinə getməyi qəbul etməsəm də, məni problem olmayacağına əmin etdikdə getmək qərarına gəldim. Evi tanımadığımdan telefonla danışa-danışa getdm. Saat 21 radələrində Zeynəbin yaşadığı evin darvazasından içəri daxil oldum. Qızı yardımçı tikilidə, oğlu isə atasının yanında idi.
Evdən içəri daxil olduqda Zeynəbi gördüm və qucaqladım. Daha sonra nədənsə narahat olmağa başladım və Zeynəbə evə getmək istədiyimi dedim. Həyətdən ayaq səsləri eşitdiyimdən tez qapının arxasında gizləndim. Zeynəbə dedim ki, həyətdə kiminsə olub-olmamasına baxsın. Qapıdan çölə çıxdı, geri qayıtdıqda həyətdə kiminsə olduğunu dedi. Pəncərədən işıq gəldiyini gördüm. Otağa qayıtdım, qapının arxasında gizləndim.
Təxminən iki dəqiqə sonra Pərviz qapını açaraq otağa daxil oldu və Zeynəblə nəsə söhbət etməyə başladı. Daha sonra telefonun fənərini yandıraraq ətrafa baxdı. Məni görəcəyindən qorxduğum üçün qapının arxasından çıxdım, onun sifət nahiyəsinə iki yumruq vurdum. Pərviz yerə yıxıldığından tez qaçaraq evdən çıxdım və hasardan tullanaraq qaçdım. Həmin günü saat 22.30-da eşitdim ki, Pərviz keçmiş arvadı Zeynəbi mənimlə olan münasibətinə görə öldürüb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Pərviz 17 il müddətinə azadlıqdan məhrum edilib.