Ermənistan Azərbaycana 58,8 milyard dollar ziyan vurub – ARMY.AZ

Ermənistan Azərbaycana 58,8 milyard dollar ziyan vurub – ARMY.AZ
like 26

Ermənistanın son 36 ildə apardığı təcavüzkar siyasəti nəticəsində Azərbaycana mülki infrastruktur, iqtisadiyyat, ekologiya, hərbi texnika və digər sahələrdə ümumilikdə 100 milyard manatdan çox (58,8 milyard dollar) maddi ziyan dəyib.

Qarabağda Ermənistanın qondarma administrasiyasının keçmiş siyasi və hərbi rəhbərlərinin məhkəmə prosesinin ittiham aktında Ermənistanın 1988-2024-cü illər arasında Azərbaycana qarşı hücumları nəticəsində insan tələfatı və maddi ziyan üzə çıxıb.

İttiham aktından tərtib edilən məlumata görə, 1988-2024-cü illər arasında Ermənistanın hücumları nəticəsində 3493-ü mülki şəxs, 15357-si hərbçi olmaqla, ümumilikdə 18850 Azərbaycan vətəndaşı həyatını itirib.

İttihama görə, göstərilən müddət ərzində ermənilərin hücumları nəticəsində 4435-i mülki şəxs, 51803-ü hərbçi olmaqla, ümumilikdə 56238 Azərbaycan vətəndaşı yaralanıb.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycanın mülki infrastrukturuna, iqtisadiyyatına , ekologiyasına və hərbi texnikasına böyük ziyan dəyib. İttihama görə, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana 100 milyard manatdan çox ziyan dəyib.

3983 AZƏRBAYCANIN TALESİ MƏLUMDUR

Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana hücumları nəticəsində 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanın itkin düşmüş şəxslər siyahısında 3983 nəfərin adı var.

Ermənistan 3209-u hərbçi, 774-ü mülki şəxs olmaqla itkin düşənlərin taleyi, onların kütləvi məzarlarının yeri barədə məlumat verməkdən yayınır.

İkinci Qarabağ müharibəsindən sonra bölgədəki kütləvi məzarlıqlarda itkin düşmüş şəxsə aid olduğu güman edilən 187 qalıq müəyyən edilib. Bundan başqa, Qarabağda yol və digər tikinti işləri zamanı itkin düşmüş şəxslərə aid olduğu güman edilən 309 cəsədin qalıqları tapılıb. Tapılan qalıqlardan 165-nin şəxsiyyəti müəyyən edilib.



Ana Sayfa