Martın 1-dən Rusiya Sərhəd Qoşunlarının geri çəkilməsindən sonra nəzarət vəzifələrinin tamamilə Ermənistan Sərhəd Qoşunlarına keçdiyi Marqara Sərhəd Qapısında son vəziyyətə baxış keçirilib.
Martın 1-dən etibarən Ermənistan -Türkiyə sərhədində yerləşən Əlican Sərhəd Qapısının Ermənistan tərəfi olan Marqarada sərhəd vəzifələrini Ermənistan silahlı qüvvələri öz üzərinə götürüb .
Türkiyəli jurnalistlər, o cümlədən AA komandası Rusiya Sərhəd Mühafizə Birliklərinin geri çəkilməsindən sonra nəzarəti tamamilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Bölmələrinə verilən Marqara Sərhəd Qapısında son vəziyyəti izləyib.
Burada edilən açıqlamada Ermənistan Baş Nazirlik İdarəsinin rəsmiləri Marqara Sərhəd Qapısının üçüncü ölkə vətəndaşları, diplomatik və xüsusi pasport sahibləri üçün açılması istiqamətində işlərin davam etdiyini bildiriblər. Səlahiyyətlilər bu çərçivədə sərhəd qapılarının yenilənməsi işlərinin tamamlandığını bildirib.
Hazırda bağlı olan Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsi səbəbindən bağlanıb .
Bu müddət ərzində sərhəd 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra humanitar yardımların keçməsi üçün 2023-cü ilin fevralında cəmi iki dəfə açılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan martın 1-dən etibarən Marqara Sərhəd Qapısında sərhəd xidmətinin yalnız Ermənistan Sərhəd Mühafizəsi Korpusunun əsgərləri tərəfindən təmin ediləcəyini açıqlayıb.