Quterreş Azərbaycan və Ermənistan sülh sazişinin mətnini razılaşdırıb – ARMY.AZ

Quterreş Azərbaycan və Ermənistan sülh sazişinin mətnini razılaşdırıb – ARMY.AZ
like 20

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün mətni üzrə razılaşmanı alqışlayıb.

BMT sözçüsü məsələ ilə bağlı yazılı açıqlama verib.

Müvafiq olaraq, Quterreş sülh sazişinin mətni ilə bağlı tərəflər arasında əldə olunan konsensusa alqışladığını, eyni zamanda əldə edilən irəliləyişdən məmnun olduğunu bildirib.

Quterreş vurğulamışdır ki, o, tərəflərin bütün həll edilməmiş məsələləri normallaşma yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləyir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla imzalanacaq sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını açıqlayıb.



Ana Sayfa