fbpx

Ev Şəraitində Ağızda Əriyən Bişmiş Südlü Qənd

👁 4

Çay süfrələrinin əvəzolunmazı olan qəndi özünüz ev şəraitində bişir.Bey.az ağızda əriyən bişmiş südlü qəndin reseptini təqdim edir.

Tərkibi:

5 stəkan (xrustal) şəkər tozu
1,5 stəkan süd
qoz ləpəsi
zövqə görə keşniş toxumu, hil, darçın, mixək tozu
Hazırlanma qaydası:

Bir qazana şəkər tozu tökün. Üzərinə südü orta ocaqda dayanmadan qarışdıraraq qaynadın. Qaynamağa başladıqdan 2-3 dəqiqə sonra ədviyyatları və xırda doğranmış qoz ləpəsini əlavə edib qarışdırın. Qazanın divarları xarlayan kimi olacaq, köpüklər çoxalacaq, nisbətən ağarıb qatılaşacaq. Artıq bişən qəndi ocaqdan götürüb yağlanmış siniyə töküb yayın. 2-3 dəqiqədən sonra stəkanın alt hissəsiylə bişirdiyiniz qəndin üstündən basın ki, kütlə sıxılsın. Bərkiməsi üçün qəndi kənara qoyun. Bərkiyən qəndi qənd doğrayanla doğrayıb çayla nuş edə bilərsiniz.

Nuş Olsun!

Ana Sayfa