fbpx

Bol Vitaminli Balqabaq Şorbası

Balqabaq, payız və qış mövsümünün əvəzolunmaz tərəvəzlərindən biridir. Adi şorba reseptlərindən yorulanlar üçün unikal bir reseptdir.bol vitaminli balqabaq şorbasının reseptini təqdim edir.
Tərkibi:

600 qr dilimlənmiş balqabaq
3 diş sarımsaq
1 ədəd soğan
2 xörək qaşığı kərə yağı
1 ədəd kartof
6 stəkan toyuq bulyonu
1 xörək qaşığı təzə doğranmış kəklikotu
1 ədəd anis ulduzu
½ çay qaşığı muskat qozu rəndəsi
1 çay qaşığı duz
½ çay qaşığı istiot
4 xörək qaşığı qaymaq
Süfrəyə vermək üçün:

1 çay qaşığı qaymaq
təzə kəklikotu
Hazırlanma qaydası:

İlk öncə balqabağın qabığını soyun. Tumlarını çıxarıb dilimləyin. Kartofları da kub şəklində doğrayın. Tavada kərə yağında xırda doğranmış soğanları və doğranmış sarımsaqları 2-3 dəqiqə qovurun. Üzərinə doğranmış kartofları və balqabaqları da əlavə edib daha 3-4 dəqiqə qovurun. 6 stəkan toyuq bulyonunu da əlavə edin. Kəkliokotu, anis ulduzu, rəndələnmiş muskat qozu, duz və istiotu da töküb orta ocaqda 25 dəqiqə bişirin.Tərəvəzlər yumşaldıqda anis ulduzunu kəfgir köməyi ilə şorbadan götürün. Şorbanı blenderdən yaxşıca keçirin. Şorbaya 4 xörək qaşığı qaymaq əlavə edib qarışdırın və bir burum qaynadın. Ocaqdan götürüb kasaya tökün. Üzərinə qaymaq və kəklikotu töküb süfrəyə verin

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin