Elza Seyidcahan papağını axtarır
Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.
Bey.az xəbər verir ki, sənətçi MTV-yə açıqlamasında onun üçün mənəvi dəyəri böyük olan qara rəngli papağını itirdiyini bildirib:
“Yeni il ərəfəsində çox istifadə etdiyim papaq idi. Paltomun xəzindən hazırlanmışdı. Onu tapan şəxsə hədiyyə verəcəyəm. Qarşıda çəkilişlər var, həmin aksessuardan istifadə edəcəyik”.