fbpx

Mələkxanım həyat yoldaşından danışdı: “Bəlkə də qısqandı, amma…”

Rüya Yorumları burda

“Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq əlaqələrimiz var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Bir-birimizin evində olmuşuq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə yox, sənətimə vurulmusan. Yoldaşımın ailəsi ziyalıdır. Onun əmiləri dövlət işində işləyirdilər. Bəxtim onda gətirdi ki, mənim sənət yolumu onlar işıqlandırdı, hələ orta məktəbdə oxuyurdum. Çox dəstəkləyib, dayaq oldular. Həmişə istəmişəm ki, mənim ailəm olsun, övladlarım olsun və onları layiqli böyüdüm”.

Bey.az xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova MTV Azərbaycan televiziyasında yayımlanan “Düzünə qalsa” verilişində şəxsi həyatından danışarkən deyib:

“Həyat yoldaşım ifa etməyimə icazə verməsəydi, təbii ki, ailəmi seçəcəkdim. O da bunu gördü. Sonra mənə dedilər ki, nə bilmişlik etmisən, amma vallah, bilmişlik deyildi. O, mənə yaxşı mənada sərbəstlik verdi və mən də bundan istifadə etmədim. Bəlkə də daxilində qovruldu, qısqandı, öz-özünə deyindi, amma göstərmədi.

Həmişə deyirəm ki, nə yaxşı, mənəbu sənətdə fəaliyyət göstərməyə icazə verdi, özü əziyyət çəksə də… Həmişə səhnədə rahat olmuşam. Düşünməmişəm ki, evə gedəcəm və qanımı qaraldan olmayacaq. Evə gedəndə məni ağladan olmayacaq ki, nə gülüb-danışırdın. Kimlə oturub-dururdun?

Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlə gedib-gəldiyimi də gördü, güvəndi. Bütün bunlar mərhələ-mərhələ baş verdi. Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Sonra sədd çəkdim, dedim nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər… ”

Xalq artisti onu da deyib ki, sənətə gəldiyi illərdə valideynlər övladına oxumağa icazə vermirmiş: “Sənətə gəldiyim illər elə bir dövr idi ki, heç kim övladına, fərqi yoxdu qızdı, ya oğlan, oxumağa icazə vermirdilər. Çətin sənətdir. Heç kəs baş çıxara bilməz. Belə bir xanımı heç kim alıb, oğluna xanıma eləməzdi. Ona görə yox ki, bunun başqa səbəbləri var. Ona görə ki, bir xanım əgər səhnədədirsə, ev üzü görməyəcək. Bütün günü səhnədə, xarici ölkələrdə olacaq. Bu nə vaxt evinə xanımlıq edəcək? Nə vaxt balalarına analıq edəcək? Bax, səbəblər bu idi”.

Qeyd edək ki, xalq artinin həyat yoldaşı Xosrov Nəcəfov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsində çalışıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu