fbpx

Mahir “Ay Brat” barədə qərar dəyişmədi – FOTO

Rüya Yorumları burda

Meyxanaçı Mahir Qonşuyev (Mahir Ay Brat) barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verib.

BEY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Meyxanaçı şikayət ərizəsində barəsindəki 4 aylıq həbs qətimkan tədbirinin ləğv edilərək sərbəst buraxılmasını xahiş edib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarınının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar olmadığını bildirib.

Qərara əsasən şikayət rədd edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

M.Qonşuyev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu