Nadir Qafarzadə: “Flora Kərimova mənim saçımı yuyub”
Müğənni Nadir Qafarzadə “Xəzər” televiziyasında yayımlanan “İncə səhər” verilişində xalq artisti Flora Kərimova ilə bağlı etirafı ilə diqqət çəkib.
Nadir Qafarzadə bu sözləri deyib:
“Mən xoşbəxt insanam ki, Flora Kərimova ilə duet oxumuşam. O, mənə öz əlləri ilə evində yemək verib. Hətta bir dəfə Flora xanımın evindən çıxıb başqa yerə getməli idim. Saçım yuyulmalı idi. O, mənim saçımı yuyub. Flora xanım mənə hər zaman ana qayğısı, nəvazişi göstərib. Mənə “oğlum” deyirdi. Təsəvvür belə etməzdim ki, balaca bir uşaq onun mahnılarını dinləyib, bir gün gələcək Flora xanımın evinə gedəcək, onunla birgə oturacaq, bişirdiyi yeməyi öz əli ilə yedizdirəcək. Bu mənim üçün böyük xoşbəxtlikdir”.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə bir müddət Flora Kərimova ilə küsülü olub.