fbpx

“O kişini mən də döyərəm” – Nisə Qasımovadan sərt sözlər

Rüya Yorumları burda

Xalq artisti Nisə Qasımova “Space” televiziyasında yayımlanan “Açıq söz” verilişində açıqlaması ilə diqqət çəkib.

Bey.az Teleqrafcom a istinadən xəbər verir ki, Nisə Qasımova aparıcının “Statistik məlumata görə, Azərbaycanda 81 kişi xanımları tərəfindən zorakılığa məruz qalıb” sualına belə cavab verib:

“Ola bilsin ki, səhv danışıram. Qadın həyatında bir dəfə kişinin əlinin qüvvəsini görməlidir. Kişilərimiz də bir az diqqətli olsunlar. O kişi ki, döyülür, buna söz tapmıram. Gərək statistika ilə maraqlanıb, qadınların nə işlə məşğul olduğunu araşdıraq. Əgər kişi mənim sosial şəbəkələrdə görüb və iyrəndiyim məsələlərlə əlaqəsi varsa, onu mən də döyərəm. Əgər ki, kişinin əxlaqında qüsur, ağlında çaşqınlıq və zorakılığa meyillilik varsa, 82-ci qadın olaram. Normal kişini kim döyər!? Araşdırsaq görərik ki, kişi düzgün insan deyil”.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Nisə Qasımova müğənnilərin geyim tərzini də tənqid edib: “Əgər bir müğənni hamiləliyini dəniz kənarında çimərlik geyimində nümayiş etdirirsə, ona “həyası olmayan” deyirlər. Yaxud da fotosessiya edir, cürbəcür formada poz verirlər. Buna nə ad qoyasan!? Gözəl geyinən müğənnilərimizi, xanımlarımızı öpürəm. Çox gözəl və şık geyinsinlər. Efirə çıxırlar, amma müəyyən şeylər var ki, əndazə qorunmalıdır. Nə isə…”.

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu