“Onları qısqanclıqdan çatladıram” – Günel acıq verdi
Bey.az xəbər verir ki, sənətçi yazılan tənqidi fikirlərə bu dəfə sosial şəbəkə hesabında cavab verib:
“Sadəcə, iləriyə Gülücüm… Allaha inandın və ona həvalə etdin. Mərhəmətinlə, sevginlə, hörmətinlə, sədaqətinlə… Çünki gülümsəməyim bir çoxlarını qısqanclıqdan çatlatır. Bir də demək istədiklərimi səsim deyir. Hər zaman dualar qorudu məni. Sevənlərim, dinləyənlərim və sevdiklərim, siz mənə bəs edirsiniz” deyə, Günel bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Günel Türkiyədə konsert verib. O, səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələrinin onun üzündə etdiyi plastik əməliyyatlarla bağlı suallarına əsəbiləşən ifaçı “Görünüşümü yox, səsimi danışın” sözlərini söyləyib. Günel sosial şəbəkədə də dəfələrlə çox sayda plastik əməliyyat etməsinə görə tənqid olunub. O, isə yalnız burnunun estetik olduğunu deyib.