17 yaşda nikaha daxil olma hallarının ən çox olduğu rayonlar – Siyahı
Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə nikahları rəsmi qeydə alınmış 17 yaşda bəy və gəlinlərin sayı açıqlanıb.
Bey.az “Report”a istinadla xəbər verir ki, ötən il üzrə şəxslərin bu yaşda rəsmi nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.
Belə ki, Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.
Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab və Şəki rayonlarının hər birində 6 nəfərin, eləcə də Goranboy, Göygöl, Ağstafa, Saatlı və Hacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.
Bundan əlavə, Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.
İsmayıllı, Siyəzən və Kəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları və Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb.
Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala və Biləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub.
Məlumat üçün bildirək ki, bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.
Qeyd edək ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.