Azərbaycanda DƏHŞƏT: 17 yaşlı gəlinin əri impotent çıxdı, qaynı zorladı
Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən gəlinlə bağlı yeni təfərrüatlar məlum olub. Təcavüzə məruz qaldığı iddia edilən Gülyanənin əri İbrahim Mirzəyev hadisə barədə lentaz-a danışıb.
Bey.az xəbər verir ki, o, ailəsinə qarşı irəli sürülən iddiaların əsassız olduğunu deyib: “Tamamilə şər və böhtandır. Qardaşım heç vaxt elə bir iş görməyib. Gülyanə özü evdən qaçıb. Evdən gedərkən paltarlarını da götürüb çıxıb”.
Hadisə ilə əlaqədar Gülnayənin qayınanası Solmaz Mirzəyeva münasibətini bildirib: “İyunun 9-u İbrahimi xəstəxanaya aparmışdım. Gülyanə də saat 12-ə qalmış İbrahimə zəng elədi ki, nə edirsiniz? Onda hələ qəbuldaydıq. Özünün də ev-eşiyi təmizlədiyini dedi. Gəlib gördük ki, bütün paltarlarını, kosmetikalarını və 260 manat pulu götürüb gedib. Nə ilə gedib, hara gedib kimsə görməyib. Dərhal qızın atasıgilə zəng elədik, dedilər xəbərimiz yoxdur. Qohum-qonşunun məlumatsız olduğunu görəndə polisə üz tutduq. Gəlinimin itkin düşdüyünü elə mən ərizə yazıb polisə bildirmişəm”.
O, “Qaynı Nicat onu dəfələrlə zorlayıb və ailəniz Gülnayəni daim şiddət göstərərək saxlayıb” sualına belə cavab verib: “Hamısı şər-böhtandır. Ailəmə şər atıb rüsvay edirlər. Gülyanə yaxşı qız idi. Narazılığımız olmayıb. Ancaq telefonla çox oynayırdı. Bir dəfə İbrahim telefonu onun əlindən aldı, amma həyat yoldaşımın sözü ilə təzədən özünə qaytardı. Hansı səbəbdən getdiyi ağlıma gəlmir. Mən gəlinimi xanım kimi saxlamışam, kimdən istəsəniz soruşa bilərsiniz. Heç nəyini əskik etməmişəm.
İbrahim haqqında deyilənlər də yalandır, mənim oğlum kişidir. Onda heç bir cinsi xəstəlik yoxdur, lazımdırsa, müayinə etdirə də bilərik”.
Xatırladaq ki, hadisə Uzuntəpə kəndində baş verib. Zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır. Rayonun Edişə kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb.
O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü oldürmək istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə qorxu gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb. 1 həftə öncə isə Gülnayə öz ailəsinə telefonla mesaj yazmağa nail olub və başına gələnlərin hamısını xəbər verib. Bu mesajdan sonra isə o, yoxa çıxıb. (Bey.az)