Çin Rusiyaya əsgər göndərəcək
Çin Hindistan, Belarus və Tacikistanın da iştirak edəcəyi birgə təlimlər üçün Rusiyaya əsgər göndərəcək.
Bey.Az konkretazın xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik təlimlərdə iştirakın hazırkı regional və beynəlxalq vəziyyətlə bağlı olmadığını bildirib.
Məlumatda qeyd edilib ki, Hindistan, Belarus və Tacikistanın da iştirak edəcəyi birgə təlimlər davam edən əməkdaşlıq sazişinin bir hissəsidir:
“Təlimin məqsədi iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirməkdir. Ölkələr arasında strateji tərəfdaşlığı inkişaf etdirmək və tərəflər arasında təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirməkdir”.
Qeyd edək ki, Rusiyada avqustun 30-dan sentyabrın 5-dək “Vostok-2022” hərbi təlimləri keçiriləcək.