fbpx

Cinsi əlaqədə olduğu qızın fotolarını kəndə yaydı – Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Rüya Yorumları burda

Neftçala rayonunda 1990-cı il təvəllüdlü Ülvi intim münasibətdə olduğu tanışı, 2002-ci il təvəllüdlü Leylanı (adlar şərti verilib – red.) intim fotoları ilə şantaj edib, onu cinsi əlaqəyə girməyə məcbur edib.

Ülvi 2019-cu ilin noyabrında istintaqa məlum olmayan tarixdə gecə saatlarında Leyla ilə evlərinin həyətyanı sahəsində cinsi münasibətdə olub.

O, Leyla ilə cinsi ehtirasını təmin edərkən mobil telefonunda çılpaq vəziyyətdə videoçəkiliş aparıb və qızın çılpaq fotoşəklini çəkib. Bundan sonra Ülvi Leylanı özündən asılı vəziyyətə salıb. Həmin asılılığından istifadə edib çılpaq vəziyyətdə video və foto şəkilləri kənd əhalisi arasında yayacağı ilə onu hədələyib.

Bu hədələrlə Ülvi 2020-ci il mayın 8-dən iyulun sonlarına kimi dəqiq günü istintaqa məlum olmayan tarixlərdə gecə saatlarında Leylanın yaşadığı evin həyətyanı sahəsində mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra seksual xarakterli hərəkətlərə məcbur edib.

Ülvi 2020-ci ilin iyunun istintaqa məlum olmayan günündə Leylanın çılpaq foto şəkillərini Neftçala rayonunun 5 kəndində əhali arasında yayıb.

İstintaq orqanı tərəfindən Ülvinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddələri ilə ittiham elan edilib.

Neftçala rayon Məhkəməsinin hökmü ilə Ülvi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan Ülvi apellyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə hökmün ləğv edilməsi və həmin maddə ilə təqsirsiz olmasına dair qərar qəbul edilməsi xahiş edib.

Ülvi hesab edib ki, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə təqsirsiz olmasını təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq məhkəmə sübutlara düzgün hüquqi qiymət verməyib, əsassız hökm qəbul edib.

Onun şikayətinə görə, zərərçəkmiş Leyla həm ibtidai istintaqda, həm də məhkəmədə onunla könüllü olaraq cinsi əlaqədə olmasına dair verdiyi ifadələr nəzərə alınmayıb.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ülvinin verdiyi şikayəti təmin olunmayıb.

Ülvi bundan sonra kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Ülvinin kasasiya şikayəti də təmin olunmayıb. Bey.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu