fbpx

Elza Seyidcahanın AYB üzvlüyünə Kəramət Böyükçöldən REAKSİYA: “Ordakıların elə ən fərlisi Elza xanımdır”

Rüya Yorumları burda

Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə edilir. Əksəriyyət müğənnin ədəbiyyat sahəsində istedadsız olduğunu əsas gətirərək, ədalətsiz addım atıldığını dilə gətirib.

Məsələyə tanınmış yazar Kəramət Böyükçöldən də reaksiya gəlib.

BizimMedia-ya danışan yazarın açıqlaması isə belə olub: “Görünür, adamlar Yazıçılar Birliyini çox ciddiyə alırlar. Ona görə Elza Seyidcahanın ora üzv olmasına belə təəccüblənirlər. Yazıçılar Birliyinin üç min üzvü var. O üzvlərin əksəriyyətinin şəxsiyyəti və yaradıcılığı ilə tanış olsanız, görərsiniz ki, elə ən fərlisi Elza xanımdır”, – deyə Kəramət Böyükçöl əlavə edib.

Xatırladaq ki, Elza Seyidcahan ötən gün Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib.

Ona üzvlük biletini Yazıçılar Birliyinin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev təqdim edib.

Məlumat üçün bildirək ki, Kəramət Böyükçöl Yazıçılar Birliyinin üzvülüyündən 2015-ci ildə çıxarılıb. Atası şair, publisist Qəşəm Nəcəfzadə isə Azərbaycan Yazıçılar Birliyində Uşaq ədəbiyyatı şöbəsinin müdiridir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu