fbpx

Gənc oğlan telefonda tanış olduğu qızı evinə gətirdi, gecəyarısı onunla… – ŞOK OLAY

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü İsgəndər on altı yaşına çatmayan Nərminə ilə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

İsgəndər 25 oktyabr 2021-ci ildə gecə saat 2 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə Nərminəni kirayə yaşadığı ünvana gətirib. Onunla qarşılıqlı razılıq əsasında təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İsgəndərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Bey.Az xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsgəndər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Keşlə qəsəbəsində həyət evlərində kirayədə yaşayıb: “Nərminə ilə 2021-ci ilin iyun ayının tarixini xatırlamadığım günündə tanış olmuşam. İstifadəmdə olan nömrədən başqa bir nömrəyə səhvən zəng etdim. Zəngi bir xanım açdığı üçün “bağışla, səhv düşmüşəm” deyərək zəngi sonlandırdım.

Daha sonra həmin xanımın özü mənə zəng etdi. Səsim xoşuna gəldiyi üçün bir qədər söhbət edərək tanış oldu. Xanımın adının Nərminə olduğunu, İsmayıllı rayonunun kəndində yaşadığını öyrəndim. Onunla telefonla danışdıq, vatsap vasitəsilə görüntülü danışaraq yazışmağa başladıq. Şəkillərmizi də göndərməklə bir-birimizi bəyəndik. Aramızda sevgi münasibətləri yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, danışıqlar zamanı Nərminə ondan yaşını soruşub və ona 30 yaşının olduğunu bildirib: “Mən də Nərminədən yaşını soruşdum. 16 yaşının 2021-ci ilin noyabrın 2-də tamam olacağını dedi. Mən bir neçə dəfə ona yaşının az olmasını və ayrılmalı olduğumuzu bildirdim. Lakin Nərminə razı olmadı.

Daha sonra Nərminəyə səbirli olmasını, ona elçi göndərəcəyimi dedim. Nərminə isə onu qaçırmağımı, qaçırmadığım halda isə özünü öldürəcəyini və mənimlə birlikdə yaşamaq istədiyini bildirdi. Nərminəni sevdiyim üçün və hər hansı bir səhv hərəkətə yol verməməsin ötrü onu qaçırmağa razı oldum”.

İsgəndərin ifadəsinə görə, növbəti gün Nərminəyə zəng edib və onu qaçırmaq üçün İsmayıllı rayonuna gələcəyini, onun hazır olmasını bildirib: “Təxminən saat 23 radələrində tanımadığım yol maşını ilə İsmayıllı rayonuna getmək üçün yola çıxdım. İsmayıllı rayonununun kəndinə çatanda Nərminəyə zəng edərək yola çıxmağı tapşırdım.

Nərminə yaşadığı evinin qarşısına çıxaraq məni gözlədi. O, avtomobilə əyləşdikdən sonra Keşlə qəsəbəsinə gəldik. Məscidin yanında avtomobildən enərək piyada yaxınlıqda həyət evləri olan kirayə yaşadığım evə getdik. Evdə bizdən başqa anam, qardaşım və qardaşımın ailəsi də qalır. Həmin vaxtı hər hansı hərəkət etmədim və ya ər-arvad münasibətlərində olmadıq”.

Təqsirləndirilən şəxs deyib ki, səhər vaxtı anası qız qaçırmağını bilib: “Buna baxmayaraq Nərminəni xoş qarşıladı. Həmin gündən etibarən bir evdə, lakin ayrı-ayrı yerlərdə yatdıq. 2021-ci ilin oktyabrın 25-də, saat 2 radələrində Nərminə ilə bir otaqda qaldıq. Bir qədər söhbət etdik, qucaqlaşdıq, hər ikimiz əynimizdəki paltarları soyunduq və çılpaq çarpayıda uzandıq. Nərminəni öpərək qucaqladım. Sonra cinsi əlaqədəm olduq.

Nərminəni sevdiyim üçün və onun könüllü istəyi əsasında təbii yolla cinsi əlaqədə olduq. Nərminəyə qarşı zorla heç bir seksual xarakterli hərəkətlərə yol verməmişəm. Zorla onunla təbii və yaxud qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə İsgəndər 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin